Ölkə

Azərbaycanda pandemiya başa çatır? - Real vəziyyətlə bağlı AÇIQLAMA

26 May 2021 12:22
Baxış: 1 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlər nəticəsində yoluxma sayının aşağı düşməsi bizə dəlalət verir deyək ki, artıq ölkədə epidemioloji vəziyyət yaxşıya doğru gedir".

Bunu Milli.Az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

O bildirib ki, vaksin olunan insanların sayının artması xəstəliyin xeyli azalmasına səbəb olub:

"Yoluxma sayının azalmasını vaksinasiya prosesi ilə də əlaqələndirmək lazımdır. Azərbaycanın qabaqcıl ölkələrdə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı. Çünki vaksin olunan insanların sayının artması xəstəliyin xeyli azalmasına, yumşalmalarla bağlı qərarın verilməsinə səbəb olan faktorlardan biridir. 

Uzun zamandır metro, ibadət yerləri, idman zalları ilə bağlı tətbiq edilən bəzi qadağalar aradan qalxdı. Bu, onu deməyimizə əsas verir ki, ölkəmizdə pandemiya sona doğru gedir. Dediyim statistik rəqəmlərdə də özünü göstərir. Lakin yumşalmalara gedilməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb. Hamı 3 qızıl qaydaya (maskadan istifadə, sosial məsafənin gözlənilməzi və əllərin gigiyenası) riayət etməlidir, insanlarımızda məsuliyyəti daha güclü olmalıdır ki, bir də sərt karantin rejiminin şərtləri altında yaşamayaq".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.