Ölkə

Evinə "kubik" alan kişi, "Kamaz"ın altında qalıb öldü

9 Aprel 2021 15:49
Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astarada 56 yaşlı kişi yol qəzasında ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saat 9 radələrində rayonun Marzəsəy kəndində qeydə alınıb. Vüqar Xankişi oğlu Aslanovun idarə etdiyi "KamAZ" markalı avtomobillə Sahil Səfərəli oğlu Vəliyevin evinə mişardaşı aparan zaman bədbəxt hadisə baş verib. Belə ki, dağlıq yolda nəqliyyat vasitəsi idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin yük yerində mişardaşlarının üstündə oturmuş 1965-ci il təvəllüdlü Sahil Vəliyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.