Ölkə

Daha bir toy xəbəri gəldi, Gədəbəy polisi hərəkətə keçdi - FOTO

3 Aprel 2021 18:15
Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəydə toy mərasimin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gədəbəy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, beş nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.