Ölkə

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

21 Mart 2021 16:21
Baxış: 7 330
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 814  yeni yoluxma faktı qeydə alınıb,  342 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.

Ölkədə son sutka ərzində 8 386 , hazırkı dövrədək isə 2 776 535  test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.