Ölkə

Operativ Qərargahın brifinqi nə vaxt olacaq? - İbrahim Məmmədovdan açıqlama

12 Mart 2021 16:26
Baxış: 15 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin artması ilə cəmiyyətdə karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı məlumatlar yayılır. 

Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb.

Milli.Az bildirir ki, Azxeber.com sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. 

Qurumun sözcüsü deyib ki, bu haqda dəqiq məlumatı yoxdur: 

"Martın 13-də Operativ Qərərgahın brifinqi olması ilə bağlı məlumatım yoxdur. Brifinq olacaqsa, əvvəlcədən mətbuata məlumat veriləcək".

İbrahim Məmmədov karantin rejiminin sərtləşəcəyi haqda da məlumatlı olmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.