Ölkə

Azərbaycan Ali Hərbi Məktəbində mədəni-kütləvi tədbir keçirilib - FOTO

9 Fevral 2021 18:45
Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mədəni-kütləvi tədbir təşkil olunub.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib olunub.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, hərbi məktəbin şəxsi heyəti, H. Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivləri iştirak edib.

Tədbirdə Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən bəhs edilib.

Tədbir məktəbin Vətən müharibəsinin iştirakçısı olmuş gənc zabitləri üçün hazırlanan mədəni proqramla başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.