Ölkə

Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb

20 Yanvar 2021 15:47
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 19-dək 2 777 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 666 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 643 müraciəti yerində həll olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.