Ölkə

"Vaksinasiyadan imtina arzu olunan bir hal deyil"

19 Yanvar 2021 12:01
Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pandemiya ilə mübarizəmiz 1 ildir ki, davam edir. Bütün mümkün olan üsullar sınaqdan keçirilibdir, amma hər kəsə bəllidir ki, ideal həll yolu yoxdur. Bunu bəzi alimlər "Swiss cheese" modeli adlandırır".

Bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, COVİD-ə qarşı ideal nəticə almaq üçün bu tədbirlər kompleks şəkildə həyata keçirilməlidir:

"Hər bir tədbiq olunan üsulun öz üstün və çatışmayan tərəfləri vardır. Misal üçün maska istifadəsi və əl gigiyenası ilə bir çox vətəndaşı xəstəlikdən qoruya bilirik. Maskanın qorumadığı şəxslər sosial məsafə, kütləvi məkanlardan uzaq durmaqla, karantin qaydaları ilə, digərləri vaxtında aşkarlanıb izolyasiya olunmaqla ətrafındakıları qoruyur. Bütün bunlara təbii ki, dövlətlərin maddi-texniki dəstəyi, təşkilatçılıq məsələləri, və sairə tədbirlər əlavə olunur.

Bütün boşluqları doldurmaq, ideal nəticə almaq üçün bu tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Bu modelin sonuncu və vacib dilimi isə vaksinasiyadır. Cəmiyyətdə vaksinasiyadan imtina arzu olunan bir hal deyil, çünki minimal müddət ərzində maksimal peyvəndlənmə effektiv üsuldur. Buna nail olan cəmiyyətlərdə nəticələr də uğurlu alınır".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.