Ölkə

FHN-in yerli strukturu Qubadlının Xanlıq kəndində fəaliyyətə başladı

15 Yanvar 2021 12:39
Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Qubadlı rayonu, Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, bundan əvvəl işğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.