Ölkə

Azərbaycanda bu gün COVID-19-a yoluxanların sayı açıqlandı

19 Dekabr 2020 15:32
Baxış: 7 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 199127 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 135462 nəfər müalicə olunaraq sağalıb, 2175 nəfər vəfat edib, aktiv xəstə sayı 61490 nəfərdir.

Ölkədə son sutka ərzində 17931, hazırkı dövrədək isə 2049239 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.