Ölkə

Təhlükə hər kəsi gözləyir, koronavirus artıq nəzarətdən çıxıb - VİDEO

16 Dekabr 2020 13:39
Baxış: 2 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verərək koronavirusa yoluxma üzrə risk qrupuna daxil olan yaş qrupunu açıqlayıb. Qeyd edirlər ki, ürək xəstələri, şəkərli diabet xəstələri risk qrupuna daxildirlər. Real vəziyyət isə bir qədər dəyişməyə başlayıb, artıq bu risk qrupuna hər kəsin daxil olmasına dair söyləntilər də var.

Milli.Az bildirir ki, ARB24-ün efirində yayımlanan "İş vaxtı" verilişi məsələyə aydınlıq gətirmək üçün həkim Mircəlal Kazımlını studiyaya dəvət ediblər.

Bu barədə danışan Mircəlal Kazımlı bildirib ki, artıq hər kəs təhlükə altındadır və koronavirus demək olar ki, tamamilə nəzarətdən çıxmış vəziyyətdədir:

"Əslində hər kəs üçün təhlükə var, istər xroniki xəstəlikləri olan insanlar olsun, istərsə də xəstəliyi olmayan insanlar olsun. Bütün insanları bu təhlükə gözləyir. Əfsuslar olsun ki, həkimlər efir vasitəsilə, nüxtəlif vasitələrlə xalqa, insanlara çatdırdığı təlimatlara heç kim məhəl qoymur və ciddi yanaşmırlar. Bugünki vəziyyət çox üzücüdür. İnsanlarımız bu təlimatlara məhəl qoymadığı üçün təhlükəli bir situasiya yaranıb. Bu tək bizim ölkəmizdə belə deyil, bütün dünyada koronavirus nəzarətdən çıxmış bir vəziyyətdədir. Adını ikinci dalğa qoysalar da, qoymasalar da artıq vəziyyət tamamilə nəzarətdən çıxıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.