Ölkə

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

7 Dekabr 2020 20:11
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün ərzində törədilmiş 14 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.