Ölkə

Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb

29 Noyabr 2020 17:27
Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xoşbulaq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən 4 yeməkxana aşkarlayıb. Obyekt sahibləri - Rövşən Məmmədov, Teymur Abbasov, Rəşad İbrahimov və Cəlaləddin Rzayev şöbəyə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Davam etdirilən tədbirlər zamanı rayonun Yuxarı Daşkəsən kəndində də xüsusi karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi, Seymur Hüseynovu Polis Şöbəsinə gətirib və barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.