Ölkə

Gəncədə koronavirusa qarşı dezinfeksiya işləri aparılır - FOTO

1 Noyabr 2020 14:07
Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, səhər saatlarından başlayaraq şəhərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərini əhatə edib. Yeraltı piyada keçidləri, dayanacaqlar, çoxmənzilli yaşayış binaları, park və xiyabanlar növbəti dezinfeksiya olunublar.

Qeyd edək ki, istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq olunub.

Tibbi-profilaktiki tədbirlərlə yanaşı, Gəncədə abadlıq işləri də həyata keçirilir. Gəncə şəhər MKTİB-nin işçiləri şəhərin müxətlif ərazilərində genişmiqyaslı təmizlikişləri aparıb, yaşıllıqlara qulluq göstəriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.