Ölkə

"Sosial şəbəkələrlə bağlı təklifi mən irəli sürməmişəm" - Deputat Jalə Əliyeva təkzib etdi

17 Sentyabr 2020 20:51
Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında, həmin komitənin üzvü, həmkarım və adaşım Jalə Əhmədova sosial şəbəkələrlə bağlı təklif irəli sürüb. 

Bu sözləri Milli.Az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

"Hörmətli həmkarımın fikirlərini mənim təklifim kimi oxuculata təqdim edən media qurumlarından açıqlamalarına düzəliş etmələrini xahiş edir, daha məsuliyyətli və diqqətli olmalarını tövsiyə edirəm. Müraciətimizdən sonra bir çox saytlar xəbərə düzəliş ediblər. Bunu da diqqətlərinə çatdırıram ki, mən üstəlik həmin komitənin üzvü də deyiləm", - deyə deputat bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.