Ölkə

Növbəti fənlər üzrə vakansiya seçiminə start verilir

12 Sentyabr 2020 16:22
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin 4, 7, 8 sentyabr tarixlərində tarix, coğrafiya və informatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq müəyyənləşdirilib.

Namizədlər 13 sentyabr saat 14:00-dan 14 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, 4, 7 və 8 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.