Ölkə

BNA-nın şöbə müdiri Hikmət Babayev vəzifəsindən azad olundu

4 Sentyabr 2020 14:58
Baxış: 2 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb.

Bu barədə agentliyin Mətbuat katibi Mais Ağayev məlumat verib.

Xatırladaq ki, ötən gün Agentlik açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.