Ölkə

Rusiyadan təxliyə edilmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib - FOTO

28 Avqust 2020 17:36
Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyyə edilərək vətənə qayıtmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib.

Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.

Bu məsələlərin (o cümlədən əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.