Ölkə

Məktəblərdə uşaqların maska taxması necə nizamlanacaq? - Rəsmi açıqlama

27 Avqust 2020 18:19
Baxış: 1 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqların maska geyinməsi valideynlərin öz öhdəsinə buraxılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, dünya praktikası da onu göstərir ki, koronavirus uşaqlarda çox az yayılır:

"ÜST-ün tövsiyyələrinə görə, 12 yaşdan aşağı uşaqlarda maskanın taxılması valideynlərin öz öhdəliyinə buraxılır. Ona görə də, təhsil müəssisələri açıldığı zaman uşaqların maska geyinməsi məsələsinə də öz valideynləri tərəfindən qərar veriləcək və nazirlik tərəfindən yalnız tövsiyyə olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.