Ölkə

Sağlam gənclər koronavirusdan niyə ölür? - Həkimdən CAVAB

21 Avqust 2020 17:46
Baxış: 2 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirusdan vəfat edən sağlam gənclərin ölüm səbəbi açqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib ki, sağlam gənclərin ölüm səbəbləri arasında virus yükü çox önəmlidir.

Onun sözlərinə görə, virus yükü nə qədər çox olarsa, xəstəlik bir o qədər ağır keçir: "İmmun sistemi nə qədər güclü olsa da milyonlarla virus yükü qarşısında aciz qalır və müqavimət göstərə bilmir. Bu səbəbdən digər orqanlar da sıradan çıxır və xəstəlik ölümlə nəticələnir. Bu virus adi qriplə və başqa respirator xəstəliklə müqayisə olunmamalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.