Biznes inkişaf yazarı Nadir Adilman "И наступит день" əsərinin elektron satışı və və yayımı üzrə Rusiya Federasiyasının ən nüfuzlu nəşriyyat qrupu Eksmo ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, biznes yazarın "И наступит день" əsəri artıq elektron formada sözügedən nəşriyyat qrupu tərəfindən www.ozon.ru portalında satışa çıxarılıb.
Qeyd edək ki, əsər bədilləşdirlmiş işgüzar inkişaf romanı hesab edilir. Eksmo nəşriyyat qrupu redaksiyası kitabın satış təqdimatında qeyd edir ki, "Əsər multikulturalizm ideyalarına toxunur, eyni zamanda insanın şəxsiyyətinin inkişafında humanist dəyərlərin rolundan bəhs edir. Geniş oxucu kütləsi üçün uyğundur".
Milli.Az