Ölkə

Şahdəniz qazının Səngəçal terminalı ilə ixracı artıb

13 Avqust 2020 16:31
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

6 ay ərzində Səngəçal terminalı təqribən 127 milyon barel neft və kondensat, o cümlədən 111 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

BP-dən Milli.Az-a verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 101 milyon standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.