Ölkə

Qaxa istirahətə gedən 9 nəfər cərimələndi - FOTO

10 Avqust 2020 18:46
Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax Rayon Polis Şöbəsinin əməkdaşları sərt karantin elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilən reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanılıb.

Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub.

Şənbə və bazar günləri ərzində ümumilikdə 9 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.