Ölkə

Ay ərzində 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur - Şahmar Mövsümov

8 Avqust 2020 12:12
Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bloklanmış kartlardakı vəsaitdən 1 manat da istifadə olunmayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib: "Biz qərara aldıq ki, ən az təminatlı insanlara yardım edək, bunun üçün də proses başladı. 600 min şəxsə ödənişin verilməsi üçün qərar qəbul edildi".

Onun sözlərinə görə, 190 manata görə bloklanmış kartlardan bir manat belə götürülməyib. Bu o deməkdir ki, həmin vətəndaşın buna ehtiyacı yoxdur. Bu vəsait digər ehtiyacı olanlara istifadə edilməlidir. Bir ay ərzində əgər 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.