İsmayıllı-Qəbələ yolunu sel basıb, evlərə su dolub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsmayıllı rayonuna yağan leysan fəsadlar törədib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bir neçə saat davam edən leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Qurbanəfəndi kəndində və Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün avtomobil yolunu 100 metr məsafədə sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bir müddət bağlanmasına səbəb olub. Nəticədə Bakı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları bəzi avtomobillərin içərisinə dolub. İsmayıllı rayon yol-istismar idarəsinin texnikaları əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün işlər görülür.
Rayonun Qurbanəfəndi kəndi ərazisindən keçən Qaraçay çayının daşması nəticəsində bir neçə fərdi yaşayış evini və bir istirahət mərkəzini, oradakı kottecləri su basıb, vətəndaşlara məxsus 40-a yaxın qoyun tələf olub, ev quşlarını sel aparıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
XƏBƏR LENTİ
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"





