Ölkə

Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

4 Avqust 2020 10:56
Baxış: 2 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar.

F.Heydərov son zamanlar uzun müddət xəstəxanada müalicə olunub. Lakin son günlər vəziyyəti kritik olaraq ağırlaşdığı üçün xəstəxanadan çıxarılaraq evə aparılıb.

Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.