Ölkə

Bakıda ticarət obyektlərinin icarə qiymətləri ucuzlaşıb

23 İyul 2020 14:47
Baxış: 1 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ticarət obyektlərinin satış qiyməti bahalaşsa da, icarə qiymətləri ucuzlaşıb.

Milli.Az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyun ayı ərzində Bakıda kommersiya obyektlərinin satış bazarında ay ərzində 1 kvadrat metrin dəyəri 2727 manatdan 2803 manata qədər artıb.

Onun sözlərinə görə, ay ərzində artım 2.79 faiz, il ərzində isə 7.7 faiz təşkil edib.

Ticarət obyektlərinin icarə qiymətində isə azalma müşahidə olunub. Belə ki, may ayı ərzində ticarət obyektlərinin icarəsinin orta qiymət 3307 manatdan 3273 manata qədər ucuzlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.