Ölkə

Azərbaycanda bu il istehsal olunan minik avtomobillərinin sayı açıqlandı

22 İyul 2020 16:53
Baxış: 2 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 873 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 239 ədəd az minik avtomobili istehsal olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ümumilikdə qeyd olunan müddət ərzində maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 146,2 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1 faiz, digər nəqliyyat vasitələrinin istehsalı 57,2 faiz, maşın və avadanlıqların istehsalı isə 16,2 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.