Ölkə

Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi

13 İyul 2020 16:30
Baxış: 3 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sələfi Ramil Usubovun yaxın adamını təqaüdə göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Gəncə şəhər regional Qeydiyyat İmtahan və texniki baxış şöbəsinin (MERO) rəisi, polis polkovniki Vüqar Məmmədyarov xidmətdə olmanın son yaş həddinə görə vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.

Qeyd edək ki, V. Məmmədyarov uzun müddət bu vəzifədə işləyib. Həmin dövrdə onun barəsində mətbuatda bir çox yazılar dərc olunub. V.Məmmədyarov keçmiş Daxili işlər naziri Ramil Usubova yaxınlığı ilə tanınıb.  

Xatırladaq ki, bir neçə gün əvvəl nazirin əmri ilə Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.