Ölkə

2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu

8 İyul 2020 20:50
Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 7-də Sabirabad şəhərində 2 piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, belə ki, saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Sabirabad şəhəri Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar Banı Əliyevanı və qızı Hədiyyəni vurmuş, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmişlər. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilmişdir.

İstintaq zamanı hadisə yerinə baxış keçirilmiş, şahid ifadələri alınmış və müvafiq ekspertizaları təyin edilmişdir.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, CM-nin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən "həbs" qətimkan tədbiri seçmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.