Ölkə

"Yeni Klinika"da indiyədək 1200 koronaviruslu xəstə stasionar müalicə alıb

6 İyul 2020 17:37
Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mart ayından istifadəyə verilən "Yeni Klinika" Tibb Müəssisəsində indiyədək 1200 koronaviruslu xəstə stasionar müalicə alıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu klinikanın direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, artıq onların böyük hissəsi müalicə olunaraq evə buraxılıb.

P.Abbasov əlavə edib ki, hazırda klinikada 350-ə yaxın koronaviruslu xəstənin müalicəsi davam etdirilir.

Süni tənəffüs aparatlarına olan ehtiyac barədə də danışan kinikanın direktoru bildirib ki, əslində, bu aparatlar xəstəxanaın reanimasiya şöbəsində oradakı yataqların sayına uyğun olmalıdır:

"Oksigen təminatı isə tam başqadır. Bu, süni tənəffüs aparatı ilə də, digər analoq cihazlarla da, cihazsız da ola bilər. Bizim müəssisə süni tənəffüs arataı ilə tam təmin olunub. Bizim hər bir yatağımızın başında süni tənəffüs aparatı var və onlar tam işlək vəziyyətdədir. İkinci önəmli məsələ isə oksigen nöqtələrinin olmasıdır. Bizim müəssisədə bütün çarpayılarda oksigen nöqtələri var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.