Ölkə

Bakıda kriminal avtoritetin üç mərasiminin keçirilməsinin qarşısı alınıb, saxlanılanlar var

6 İyul 2020 13:09
Baxış: 2 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yas mərasimi təşkil etmək istəyən səxslər polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində M.Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınmışdı. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Buna baxmayaraq bu gün Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq yenidən bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin "3" mərasimini təşkil etməyə cəhd göstərmişdir. Bu cəhdin də qarşısı 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantinn qaydarını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb.

Qeyd edək ki, M. Mustafayev bir neçə gün əvvəl qətlə yetirilib. O, kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.