"Bəlkə ilk dəfə idi ki, belə bir şeyə şahid olurdum. Xəstə..." - Həkim qarşılaşdığı dəhşətli mənzərədən danışdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən haradasa mart ayının 24-dən, respublikada artıq pandemiya və karantin dövrü elan ediləndən Mərkəzi Neftçilər Xəstəxanasında bu işdə çalışıram və bura gələn ilk həkimlərdən biriyəm. Şöbəyə girdiyim ilk gün COVİD-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi ilə məşğul olmaq mənim ilk təcrübəm idi".
Bunu Milli.Az-a açıqlamasında koronavirus xəstələrinin müalicə olduğu xəstəxananın həkim-infeksionisti Süleyman Kamilov deyib.

İlk xəstəni görəndə düşündüm ki, həqiqətən də COVİD-19 bu idi
"Düzdür, həyəcanlı idim. Az tərəddüd edirdim, içimdə az miqdarda qorxu da var idi. Çünki nə ilə, kimlərlə, hansı formada, hansı xəstəliklə qarşılaşacağımı hələ bilmirdim. Şöbəyə girdiyim ilk zamanlar simptomları zəif və asimptomatik (simptomları olmayan xəstələr) xəstələr çox idi. Amma ilk gün indiyə kimi yadımdadır ki, bir palataya girdim, ilk xəstəni görəndə düşündüm ki, həqiqətən də COVİD-19 bu idi. Çünki bəlkə ilk dəfə idi ki, belə bir şeyə şahid olurdum. Xəstə kəskin şəkildə boğulurdu, təngnəfəs idi və sanki baxışları ilə kömək istəyirdi.
Xəstə gözləri ilə kömək istəyir, sanki yalvarır

Pnevmaniyalı ağır xəstələrim olub, bu xəstələrin sayı kifayət qədər olub, onlar da ağır olublar. Amma situasiya bu formada olmayıb. Mən ilk dəfə idi ki, belə bir şeyin şahidi olurdum, xəstə gözləri ilə kömək istəyir, sanki yalvarır, danışa bilmirdi. Dərhal müdaxilə etdik. Tibb bacılarına nə etmək lazım olduğunu göstəriş verdim. Dərhal xəstəni oksigenə bağladıq, dərman müdaxilələri etdik. Doğru müdaxilələrimizə baxmayaraq, xəstəni intubasiya edib, reanimasiya şöbəsinə qaldırmaq məcburiyyətində olduq. Xəstənin müalicəsi uzun getdi. Sonra xəstəni süni tənəffüs aparatından ayırdıq. Xəstənin süni tənəffüs aparatından sonra da müalicəsi davam etdi. Hazırda o xəstəmiz sağalıb, evə gedib. Bu, ilk günlər idi...
Koronavirus yaşa baxmır
Zaman keçdikcə xəstələrin ağırlıq dərəcələri artdı. İlk vaxtlar elə düşünürdük ki, koronavirus cavanlara, yaşı az olanlara təsir etməz. Amma zamanla ağır xəstələrimi gördükcə və həmin xəstələrin bəzilərinin yaşlarının az olması, yaşlarının az olmasına baxmayaraq ölüm hallarının baş verməsi bir daha sübut etdi ki, bu xəstəlik yaşa baxmır. İnsanların məsuliyyətsiz davranması, hələ də bəzi insanların koronavirus yoxdur deməsi, əhalinin sıx olduğu yerdə maskasız davranması, karantin qaydalarını kobud şəkildə pozması, özlərinin olmasa da yaxınlarının, sevdiklrinin həyatını təhlükəyə atmaqda davam edir. Yoluxma sayı nə qədər çox olacaqsa xəstəliyin ağırlıq dərəcəsi də bir o qədər çox olacaq. Çünki yoluxma sayı nə qədər çox artarsa bir xəstənin daha çox virus yükü ilə yüklənməsinə səbəb olacaq. Virus yükü ilə bir insan nə qədər çox yüklənərsə, o xəstənin ağırlıq dərəcəsi də bir o qədər çox olacaq. Biz bunu artıq təcrübələrimizdə müşahidə edirik. Əvvəlki aylarda yoluxma sayı 20, 30, 40, 50, 60 olduğu halda gələn xəstələrin ağırlıq dərəcəsi 550, 570, 600 xəstənin yoluxması halında bizə müraciət edən xəstələrin ağırlıq dərəcəsindən fərqlidir.

Xəstələrimizin çoxunu biz tənəffüs çatışmazlığından itiririk
Xəstələrimiz olubdur ki, onlar indiyə qədər koronavirusa inanmadıqlarını söyləyirdilər. Amma o duruma düşəndə artıq bizdən kömək istəyirlər ki, biz həqiqətən indi inandıq ki, belə xəstəlik var. Çünki COVİD-19 xəstəliyinin ən kritik forması boğulmaları, təngnəfəs olmaları, bir miqdar havaya belə ehtiyac duymalarıdır. Çünki xəstələrimizin çoxunu biz tənəffüs çatışmazlığından itiririk. İnsanların xəstəliyə qeyri-adekvat, səhlənkar, məsuliyyətsiz yanaşması bəzən bizim belə sevdiklərimizin canının bahasına başa gəlir. Ona görə də mən bir həkim-infeksionist kimi insanlara səslənirəm: İlk öncə sevdiklərinizi düşünün. Sizin məsuliyyətsizliyinizin bədəlini digər insanlar çəkməsin. Kimsənin kimsənin haqqına girməyə ixtiyarı yoxdur. Ona görə də karantin qaydalarına riayət etmək lazımdır, deyilən qaydalara əməl etmək lazımdır və koronavirusla bərabər şəkildə, birgə mübarizə aparmaq lazımdır.

Başa düşməlidirlər ki, onların məsuliyyətsizlikləri ucbatından sevdiklərini itirənlər var
İnanın ki, bəlkə əlimdə olsaydı koronavirusdan əziyyət çəkən ağır vəziyyətdə olan xəstələri göstərmək istəyərdim. İnsanlar başa düşməlidirlər ki, onların məsuliyyətsizlikləri ucbatından həyatlarını itirənlər var, yaxınlarını itirənlər var, sevdiklərini itirənlər var. Onlar bu nüansı unutmalı deyillər".
Təhməz Təkin
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
XƏBƏR LENTİ
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir





