Ölkə

Karantin postlarının götürülməsindən sui-istifadə edənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ

2 İyul 2020 12:06
Baxış: 2 146

"Bakı və bakıətrafı ərazilərdə polis karantin postlarının götürülməsində sui-istifadə hallarına yol verilməməlidir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, postların götürülməsində istifadə edib icazəsiz evdən çıxanlar qanunvericiliyin tələblərinə uyğun aşkarlanaraq məsuliyyətə cəlb ediləcək: "Xahiş edirik, hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin. "Sms icazə"si olmayanlar çölə çıxmasın, yaşayış yerini tərk etməsinlər. Kimsə icazə portalında qeydə alınıbsa, ondan təyinatı üzrə istifadə eləsin.

Polis postlarının götürülməsindən sui-istifadə hallarına yol verilməməlidir. Bu, hər kəsin ziyanına işləyə bilər. İnsanların təcrid olunması, təmasın azaldılması vətəndaşlarımızın sağlamlığı ilə bağlıdır. Karantin qaydalarını pozan şəxslər aşkarlanarsa, həmin şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.