Ölkə

Azərbaycanın idman gimnastikası üzrə tanınmış məşqçisi dünyasını dəyişib

29 İyun 2020 14:14
Baxış: 1 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın idman gimnastikası üzrə əməkdar məşqçisi, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Çingiz Şamilov dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ömrünü idmana həsr etmiş Ç.Şamilov "Burevestnik" cəmiyyətində idman gimnastikası ilə məşğul olub, SSRİ idman ustası adına layiq görülüb.

Əmək fəaliyyətinə də idman sahəsində başlayan Ç.Şamilov Milli Olimpiya Komitəsində aparıcı mütəxəssisi olmuş və bir müddət Azərbaycan Gimnastika Federasiyanın Baş katibi vəzifəsində çalışıb.

Ç.Şamilov peşəkar keyfiyyətləri və yüksək insani xüsusiyyətləri ilə bütün həmkarlarının yaddaşlarında uzun illər qalacaqdır.

Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir və onlara səbr diləyir.

Allah rəhmət etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.