Ölkə

Zaqatalada polis taksidən külli miqdarda narkotik aşkarladı - FOTO

29 İyun 2020 10:54
Baxış: 1 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatala Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Dövlət Yol Polisinin stasionar postunda taksi fəaliyyəti ilə məşğul olan "VAZ 2106" markalı avtomobilin sürücüsünə "saxla" əmri verilib. Həmin avtomobildə sərnişin qismində əyləşən Gəncə şəhər sakini Rüstəm Məmmədovun narkotik vasitə istifadə etməsinə və üzərində daşımasına dair əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən R.Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ona məxsus çantadan 3 kiloqram 500 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.