“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa ölkələrində yoluxmalar artsa da, karantin sərtləşdirilmir. Azərbaycan isə geriyə doğru irəliləyir. Ölkədə avqustun 1-dək xüsusi karantin rejimidir, iyulun 5-dək isə SMS-lə küçəyə çıxmağa icazə verilir.
Ancaq məsələ burasındadır ki, əksəriyyət sərt karantin rejiminin tələblərinə əməl etmir. İnsanlar küçələrdə, yollarda, parklarda, marketlərdədir. Bir çox vətəndaş gündə iki SMS yazaraq hərəkət sərbəstliyi icazəsini alır. Bu halda iki həftəlik karantinin rejiminin bir əhəmiyyəti qalırmı?
Həkimlər, ekspertlər də Operativ Qərargahı tənqid edərək atılan addımların effektiv olmayacağını söyləyirlər. Hətta professor Adil Qeybulla bildirmişdi ki, iki həftəlik sərt karantin rejimi ilə müsbət nəticə əldə etmək mümkün olmayacaq.
Milli.Az Musavat.com-a istinadən bildirir ki, respublikanın baş infeksionisti Cəlal İsayevin sözlərinə görə, Avropa ilə Azərbaycanı eyniləşdirmək olmaz. Onun sözlərinə görə, "qoca qitə"də hazırkı situasiya sərhədləri açmağa, karantini yumşaltmağa imkan verir, Azərbaycanda isə gedişat xoşagələn deyil və Avropa kimi addımlar atmaq üçün hələ tezdir.
"Ümid edirəm ki, iyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq. Amma biz yoluxmanın sayına baxmalı, gedişatı izləməli, təhlil aparmalıyıq. İndidən demək olmaz ki, bu iki həftədə hər şey yaxşı olacaq. Çünki insanlar səhlənkarlıq edir, maska taxmırlar, yas yerlərinə toplaşır, sərt karantin olsa da, küçələrdə, parklarda gəzirlər. Nə qədər söyləmək olar ki, lazımsız yerə küçəyə çıxmayın. Yoluxmanın artmasına səbəb olan amillər bunlardan ibarətdir. Əgər tövsiyələrə əməl edilsə, onda azalma olar".
C.İsayev hələ də virusa barmaqarası baxanların olduğunu və bu səbəbə "qurunun oduna yaşın da yandığını" söylədi. O, insanların məsuliyyətsizliyinə nə ad verməli olduğunu bilmir: "Prezident neçə dəfə xəbərdarlıq edib, özü, xanımı, nazirlər maska taxırlar, cəmiyyətə nümunə göstərirlər. Amma ən çox cavanlar buna biganə yanaşırlar. Gənclər bu xəstəliyi ağır keçirmirlər, amma digər yaş qrupların nəzərə almalıdırlar".
C.İsayev karantin tələblərinə əməl olunmasa yoluxmanın artacağını açıqladı. Onun sözlərinə görə, xəstəxanalarda artıq yer yoxdur, yüngül xəstələr ev şəraitində müalicə olunurlar. Baş infeksionist uşaqlarda koronavirusa yoluxmanın az olduğunu bildirdi: "Amma uşaqları qorumaq lazımdır. Bu, əsas vermir ki, uşaqlarda yoluxma faizi azdırsa, gigiyenik qaydalara əməl etməsinlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
XƏBƏR LENTİ
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi





