Ölkə

Bakıda gənc qızın kirayə qaldığı ev qarət edildi

26 İyun 2020 09:45
Baxış: 1 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda mənzildən oğurluq edən şəxs yaxalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov küçəsində yerləşən mənzillərin birində baş verib. Kirayəşin 1996-cı il təvəllüdlü Aydan Məmmədovanın yaşadığı mənzildən açar seçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və 2 ədəd ümumi dəyəri 600 manat mobil telefonları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1989-cu il Əliheydər Alıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.