Ölkə

DİM-dən qəbul imtahanlarına hazırlaşan abituriyentlərə MÜRACİƏT

24 İyun 2020 10:59
Baxış: 1 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, COVID-19 ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq, abituriyentlərə dəstək məqsədilə Mərkəzin "Youtube" kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib..

Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 111 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.