Ölkə

Azərbaycanda FACİƏ! - Doğum günündə koronavirusdan öldü: Anasının ürəyi dözmədi... - FOTO

24 İyun 2020 10:37
Baxış: 5 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 37 yaşlı boksçu ad günündə koronavirusdan vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Ramin Qurbanov 10 gün öncə koronavirusa yoluxduğu aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib. İyunun 22-də doğum günü olub, dostları ona təbriklər yazıb, o da təbriklərlə bağlı paylaşım edib. Həmin gün axşam saatlarında koronavirusdan vəfat edib.

 

R. Qurbanov satış sahəsində fəaliyyət göstərsə də, peşəkar boksla məşğul olub, daim sağlam həyat tərzi keçirib.

Onun vəfatından bir gün sonra, iyunun 23-də anası Nazilə Qurbanova oğlunun ölümünə dözməyərək ürək tutmasından vəfat edib. Yaxınları onun talassemiya daşıyıcısı olduğunu bildirib. R. Qurbanovun 1 azyaşlı qızı var. Qızının isə talassemiya xəstəsi olduğu bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.