Ölkə

Yaxın qohumların dəfnində iştirak etmək üçün 102-dən icazə alınmalıdır - RƏSMİ

19 İyun 2020 18:24
Baxış: 1 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra sahələr üzrə məhdudiyyətlər tətbiq ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məhdudiyyətlərdən sonra qeyd olunan ərazidə yaşayan vətəndaşlar yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

Digər hallarda isə vətəndaşlar 8103 SMS - məlumat vasitəsilə icazə almalıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.