Ölkə

Tovuzda 27 yaşlı kişini cərəyan vurub öldürdü

18 İyun 2020 10:59
Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 17-də Tovuz rayonunda 1993-cü il təvəllüdlü Tacəddin Həsənovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla T.Həsənovun Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, rayon sakini Rafiq Əliyevə məxsus fərdi yaşayış evində suvaq işləri aparan zaman ehtiyyatsızlıqdan elektrik naqillərinin üzərinə su atması nəticəsində elektrik cərəyanı vurmasına məruz qalaraq ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.