Ölkə

Qubada iritonlu iki yük maşını toqquşdu, ölən və yaralananlar var

18 İyun 2020 10:09
Baxış: 1 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba rayonunda iki yük maşını toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Susay kəndində baş verib. Aydəmirov Samir Nadir oğlu idarə etdiyi "Tatra" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən arxa tərəfdə dayanan İmanov Səxavət Məmmədağa oğlunun idarə etdiyi "Tatra" markalı yük avtomobilinə çırparaq aşırıb.

Hadisə nəticəsində S.Aydəmirov, digər sürücü S.İmanov, həmçinin sərnişin Məmmədov İlkin Sədi oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İ.Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.