Ölkə

Əmək müqaviləsinin müddətli bağlanması halları aradan qaldırılacaq - Nazirlik

17 İyun 2020 19:19
Baxış: 1 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşin daimi olduğu əvvəlcədən məlum olduqda işçi ilə əmək müqaviləsinin müddətli bağlanmasına şərait yaradan hallar aradan qaldırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində Məcəllənin 47-ci maddəsinin təkmilləşdirilməsi də təklif edilir.

Mövcud qanunvericiliyə əsasən, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Məcəllənin 47-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Lakin təcrübə göstərir ki, bir sıra hallarda Məcəllənin 47-ci maddəsinin f bəndi (Həmin bəndə görə, işəgötürən və işçinin qarşılıqlı razılığı ilə də əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər) işəgötürənlər tərəfindən sui-istifadə hallarına şərait yaradır.

Nəticədə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda işçilərlə müddətli əmək müqavilələrinin bağlanması faktlarına rast gəlinir.
Ona görə də yeni qanun layihəsində işin, xidmətlərin daimi olduğu əvvəlcədən məlum olduğu hallarda işçi ilə əmək müqaviləsinin müddətli bağlanmasına şərait yaradan halların aradan qaldırılması nəzərdə tutulub. Bu məqsədlə Əmək Məcəlləsinin müvafiq maddələrində əlavə və dəyişikliklər ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.