Ölkə

Ağsu aşırımında baş verən yanğın söndürüldü

17 İyun 2020 17:54
Baxış: 888
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağsu aşırımında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ağsu rayonunda Ağsu aşırımı adlanan ərazidə baş verən yanğın söndürülüb.

Qeyd edək ki, yanğın ötən gün başlayıb. Yanğının söndürülməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğın nəticəsində 3 hektarlıq ərazidə quru ot və kol kos yanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.