Ölkə

Gəlinini, nəvələrini və qardaşı arvadını bıçaqlayan Gəncə sakini saxlanıldı

17 İyun 2020 10:19
Baxış: 2 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə kişi ailə üzvlərini bıçaqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şəhər sakini, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşı arvadı 1967-ci il təvəllüdlü Ofeliya Quliyevanı, öz gəlini 1984-cü il təvəllüd Günay Quliyevanı və nəvələri- 2006-cı il təvəllüdlü Malik Quliyev, 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızını bıçaqlayıb.

Hadisə zamanı O. Quliyeva hadisə yerində ölüb. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən M. Quliyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.