Ölkə

Azərbaycanlı məşhurun evindən oğurluq edən şəxsdən TÜKÜRPƏDİCİ ADDIM - VİDEO - FOTO

16 İyun 2020 17:19
Baxış: 5 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mart ayında aparıcı Azər Zahidin tikintisi başa çatmaq üzrə olan bağ evindən oğurluq edənlər saxlanılıblar.

Milli.Az xəbər verir ki, bu barədə aparıcı "5/5"in efirində məlumat verib.

Azər evindən oğurluq edən şəxslərdən birinin tükürpədici yalanını da efir vasitəsi ilə açıqlayıb:

"Oğurluq mart ayının 6-8-i aralığında bərk külək olan gün baş verdi. Səhər gəldik belə bir şeylə qarşılaşdıq. Elektrik avadanlığı aparıbılar, qab-qaşıqlar var idi, onları aparıblar. Dəyərli qab-qaşıq idi. Hətta həyat yoldaşına zəng edib deyib ki, "Mən sənin 8 martına hədiyyə almışam". Tutulandan sonra onun həyat yoldaşına bizim polis əməkdaşları zəng ediblər ki, onu (naboru) göndərin bura. Qab-qacaq dəstini güya həyat yoldaşına hədiyyə alıb. Oğurluq edənlər 4 nəfər idilər, tanış deyildilər. Başqa-başqa rayonlardan idilər, sadəcə qruplaşıblar". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.