Sumqayıt şəhərində yol qəzası baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin H. Z. Tağıyev qəsəbəsində baş verib. Qəsəbə ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq qarşısında hərəkətdə olan "Hyundai" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla basğlı araşdırma aparılır.
Milli.Az