Ölkə

Azərbaycanda müəllimlər nə qədər maaş alır? - RƏSMİ

13 İyun 2020 14:03
Baxış: 4 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfərə çatıb.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı 2019-cu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.

Həmçinin diaqnostik qiymətləndirmədən keçən incəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq artırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.