Ölkə

Rayonlara getmək istəyənlər postlardan geri qaytarılacaq - RƏSMİ

12 İyun 2020 18:39
Baxış: 3 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərtləşdirilmiş karantin rejimindən əvvəl bəzi Bakı və Abşeron yarımadasında olan bəziləri rayonlara getmək istəyirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, şəhər qeydiyyatı olan şəxslər karantin postlarından rayonlara buraxılmayacaq: "Karantin postlarından həmin şəxslər geri qaytarılacaq. Ona görə də heç kim digər rayonlara getməyə cəhd etməsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.